
65 ildə ilk: ABŞ-dan köçənlərin sayı gələnlərin sayını üstələyir
01:45
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrail nazirlərinin polis müşayiəti ilə Əqsa Məscidinə basqın etməsini sərt şəkildə qınayırıq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu cür təxribatlar Qüdsün müqəddəs statusunu və Əqsa Məscidinin toxunulmazlığını hədəfə alır, həmçinin iki dövlətli həllə və bölgədə sülhə ciddi zərbə vurur.
Rəsmi Ankara İsrailin işğalçı və sabitliyi pozan siyasətlərinə qarşı beynəlxalq ictimaiyyəti sükuta son verməyə, dərhal atəşkəsin təmin olunmasına və iki dövlətli həllə yönələn sülh prosesini dəstəkləməyə çağırıb.
Tarix
2025.08.03 / 22:49
|
Müəllif
Axar.az
|