
Dərbənddə ağac budağı turistlərin üzərinə aşdı: ölən var
22:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
ABŞ-ın nüvə sualtı qayıqları və digər gəmilərinin İstanbul və Çanaqqala boğazlarından Qara dənizə keçməsi üçün Türkiyədən icazə alması tələb olunur.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq eksperti Hakkı Hakan Ərkinər deyib.
Ekspert vurğulayıb ki, boğazların rejimi ilə bağlı Montrö Konvensiyasına uyğun olaraq, Türkiyənin sülh dövründə hərbi gəmilərin keçidinə nəzarət etmək üçün tam hüquqi səlahiyyəti var.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyadan gələn təhdidlərə cavab olaraq, iki nüvə sualtı qayığının "müvafiq bölgələrdə" yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb, lakin dəqiq əraziləri qeyd etməyib.
Tarix
2025.08.03 / 20:29
|
Müəllif
Axar.az
|