Yuxarı

Anar və Əkrəm Əylisli Elçinin ölümündən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar və Əkrəm Əylisli Elçinin ölümündən danışdı

Mənim üçün çox böyük itki, çox böyük ağrıdır.

Axar.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib.

“Bu gün səhər Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim”, - deyə Anar qeyd edib.

Əkrəm Əylisli isə son günlər Elçin Əfəndiyevlə telefon danışıqlarını xatırlayıb:

“Elçinin ölümünə çox sarsıldım. Elçinlə biz uzun illər çox yaxın olmuşuq. Son hadisələrlə əlaqədar olaraq, əlaqələrimiz kəsilmişdi. Yaxın vaxtlarda Elçin Türkiyədə əməliyyat olundu. Türkiyədən qayıdandan sonra mənə zəng elədi. Təsəvvür elə, illərdir eşitmədiyim səsini eşitdim. O səsdə qəribə mehribanlıq, həsrət, çoxlu rənglər, bir səsin içində xeyli müxtəlif səslər var idi. Xeyli söhbət elədik. Kövrək danışıq oldu. O vaxt qonşu idik, o qonşuluq illərini yada saldı. Məndə çox mülayim ovqat yaratdı. Elə bil mənə zəng eləmədiyi vaxtın əvəzini çıxırdı. Sonradan yenə zəngləşdik. Eyni mövzulardan, xatirələrdən söhbət açdıq. Türkiyədə 38 gün xəstəxanada qalmışdı. Məlum idi ki, o xəstəxanada çox şeyləri yada salmışdı. Elçinin ölüm xəbərinə çox təəssüf elədim. Bir gün zəng elədi ki, gəl bağda görüşək. Dedim, görüşməyə halım yoxdu, yaxşı deyiləm… Mən onun həyat yoldaşı Nüşabə xanıma, çox sevdiyi qızlarına başsağlığı verirəm. Elçini həmişə yadımda, ürəyimdə saxlayacağıma söz verirəm”.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün ömrünün 82-ci ilində vəfat edib.

Tarix
2025.08.03 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla