Yuxarı

Onlar universitetə imtahansız qəbul olur - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar universitetə imtahansız qəbul olur - Sədr

Azərbaycanda 2010-cu ildən etibarən beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediblər.

Axar.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər.

DİM sədri məktəbdaxili qiymətləndirmə ilə qəbul sistemi arasındakı fərqlərə də toxunub.

"Şagirdlərin illik və fənlər üzrə qiymətləri mövcud olsa da, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış və qəbul imtahanlarının nəticələridir".

O bildirib ki, ölkə üzrə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni sualları cavablandırırlar.

"Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yüksək nəticə göstərən şagirdə yüksək qiymət verə bilər. Bu isə məktəblər arasında qiymətləndirmə fərqlərinin yaranmasına səbəb olur", – o qeyd edib.

M.Abbaszadə əlavə edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında hər zaman tam uyğunluq müşahidə olunmur. Bununla belə, hər il məktəbdə yüksək qiymət alan şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil edilir və müqayisəli statistikalar ictimaiyyətə təqdim olunur.

Tarix
2026.06.23 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla