Yuxarı

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Tarix
2026.06.23 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla