Yuxarı

Əli Əsədov İtaliyanın baş prokuroru ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluqdan Axar.az-a bildirilib ki, Luici Salvato Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən qəbul edilib. Görüşdə Baş prokuror Kamran Əliyev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini, o cümlədən italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisində əks etdirilən stendlərlə tanış olublar.

İtalyalı prokurorlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Qonaqlar tarixi-mədəni abidələrlə zəngin olan Bakı şəhərinin Balaxanı qəsəbəsini ziyarət edərək, orada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması və digər yerli sənətkarlıq nümunələri ilə yaxından tanış olublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunaraq 2008-ci ilin sentyabr ayında istifadəyə verilmiş Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edən qonaqlara tikilinin tarixi barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Tarix
2024.05.25 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan İlham Əliyevin imzasını parlamentdə göstərdi

Ağ Evdə təslim olduqsa, bəs necə kampaniya aparırıq?

Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan

Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı

Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla