Yuxarı

Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ruttenin bu sözünə görə Polşaya hücum etdi

Rusiyanın Polşaya hücumunun iki məqsədi görünür: Birincisi, bunu “yoxlama atışı” kimi qiymətləndirmək olar. Ukrayna ətrafında “müharibə və müzakirə” mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağa çalışır. İkincisi, bu, Ukraynanı dəstəkləyən Avropaya “müharibə arealının genişləndirilməsi” təhdididir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Rusiyanın bu gün səhər saatlarında 10-dan çox PUA ilə Polşaya hücumu haqda qeyd edib.

“Alyaska görüşündən sonra Ukraynada sülhün əldə edilməsi ətrafında müzakirələr intensivləşsə də, əsas ziddiyyət iki tələb üzərində fokuslanıb: Moskva işğal etdiyi ərazilərlə yanaşı, digər ərazilərin də ona verilməsini istəyir, Ukraynanın təhlükəsizliyində Qərbin maksimal iştirakına qarşı çıxır; Kiyev ərazi istəklərini qəbul etmir (münaqişənin dondurulması ilə işğal olunmuş ərazilərin ruslarda müvəqqəti qalmasını qəbul edə bilər), Avropanın iştirak edəcəyi güclü təhlükəsizlik zəmanətləri istəyir; ABŞ-ın vitse-prezidenti Ceyms Vens də “problemləri iki əsas məsələyə qədər azaltdıqlarını” deyir.

Tərəflərdən heç birinin geri çəkilmədiyi bu situasiyada Rusiyanın Polşaya hücumu Avropanın Ukraynaya dəstəyini zəiflətmək və Kiyevin müqavimətini qırmağa hesablanıb. Daha öncə Ukrayna Nazirlər Kabinetinə hücum edən Moskva bununla Zelenski hakimiyyətinin fiziki məhvini həyata keçirə biləcəyi nümayiş etdirdi, ardınca Polşaya hücumla Kiyevin müttəfiqlərini təhdid edir.

Bu hücumu həm də NATO baş katibinə cavab kimi də qiymətləndirmək olar. Alyansın baş katibi “Putinin gücünü çox ciddiyə almamağı” tövsiyə etmişdi. Görünür, Putin Polşaya – NATO bölgəsinə hücumla gücünü nümayiş etdirir.

NATO-nun “Polşanın hava məkanının Rusiya tərəfindən pozulmasını hücum kimi qiymətləndirməməsi” Moskvaya Qərbin reaksiyasını yoxlamaq üçün yetərli hesab oluna bilər. Və bu mövqe Rusiyanın Ukraynada yeni hücumlarının, eləcə də Avropaya təhdidlərinin önünü aça bilər”, - o bildirib.

Tarix
2025.09.10 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla