Qərb Bakı üçün Kiyevdəki iğtişaşlara bənzər yeni meydan
hadisələri hazırlayır. Azərbaycanda Avropa Olimpiada oyunlarının
keçirilməsinə mane ola bilərlər.
"Axar.az" "Publika.Az"a istinadən xəbər verir ki, bu iddia ilə
Rusiyanın nüfuzlu "Nezavismaya" nəşri çıxış edib. Nəşr yazır ki,
qərbli hüquqşünaslar Azərbaycanda insan hüquqları ilə bağlı
vəziyyətə dair aktual problemləri öz gündəliklərinə daxil ediblər.
Yerli ekspertlər Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan ilk
Avropa Olimpiya oyunları ərəfəsində Qərb institutları ilə işləyən
yerli QHT-lərin bu ərəfədə aktivləşəcəyini öncədən bildirirlər.
Bakı olimpiya oyunlarının keçirilmə təcrübəsini diqqətlə öyrənir.
Soçiyə yüksək səviyyəli səfər də təsadüfi deyil. Bir il sonra
tarixdə ilk dəfə Avropa Yay Olimpiya oyunlarının Azərbaycanda
keçirmək lazımdır.
Hazırda paytaxtda və regionlarda genişmiqyaslı işlər aparılır:
idman kompleksləri, dəbdəbəli mehmanxanalar tikilir. Bir sözlə ölkə
avropalı qonaqları qəbul etməyə, eləcə də Olimpiadanın möhtəşəm
açılışı və bağlanışı üçün hazırlaşır.
Lakin böyük ehtimalla bəzi ölkələr və beynəlxalq təşkilatlar
idmanı siyasətin girovuna çevirmək təcrübəsindən imtina etmir.
Beynəlxalq İnsan Hüquqları Klubunun hazırki icraçı direktoru
Rebekka Vinsente "Azadlıq radiosu"na müsahibəsində bildirib ki, qış
olimpiya oyunlarında bütün dünyanın diqqəti Soçidə idi: "Olimpiada
hazırlıqları, keçirilməsi, eləcə də korrupsiya faktları diqqətdə
idi. Soçidən sonra diqqət Bakıya yönələcək. Bakıda keçiriləcək
tarixdə ilk dəfə olan Avropa Yay Olimpiya oyunlarına demək olar ki,
500 gün qaldı".
Nəşr yazır ki, R. Vinsente ABŞ-ın Azərbaycandakı səfirliyinin
əməkdaşı olub. Lakin o Dövlət Departamentindən gedəndən sonra
Azərbaycanda insan hüquqları ilə bağlı işləməyi dayandırıb. O yerli
QHT-lərə də fəal şəkildə kömək edirdi.
"Nezavismaya" yerli mediaya istinad edərək belə iddia irəli
sürür ki, R. Vinsente 2015-avroolimpiya ərəfəsində Azərbaycana
qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya
üzərində işləyir. Bunu özü də inkar etmir, hansı ki, olimpiada
ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda
insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirir. Bu zaman
Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək. Bu
baxımdan beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək
lazımdır. Əks təqdirdə avroolimpiyadan sonra hər kəs öz dairəsinə
qayıdacaq.
Vinsentenin hansı ölçüləri nəzərdə tutduğunu təxmin etmək
mümkündür. "Avroviziya" mahnı müsabiqəsi öncəsi etiraz
aksiyalarının keçirilməsi, həmçinin 2013-cü ildə Azərbaycanda
prezident seçkiləri ərəfəsində "Facebook inqilabı" reallaşdırmaq
cəhdləri uzaq tarix deyil.
Yerli analitiklərin fikrincə, bu gün bir sıra Avropa ölklələri,
o cümlədən ABŞ strateji maraqlarını gerçəkləşdirmək üçün Azərbaycan
iqtidarına problemlər yarada bilən yerli QHT-ləri bol-bol
maliyyələşdirir. Düzdür, hakimiyyət də yatmayıb və QHT-lərin
maliyyə mənbələrinin leqallaşdırılması və xərclərlər bağlı konkret
hesabat verməyi qanun olaraq reallaşdırır.