Yuxarı

HDQ-nin nümayəndə heyəti Pakistanda səfərdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
HDQ-nin nümayəndə heyəti Pakistanda səfərdədir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC - 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib.

Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.

Tarix
2025.11.07 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

Bələdiyyələrə subsidiyalar azaldıldı

Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi

Prezident Slovakiya müdafiə nazirini qəbul etdi

Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov

Moskva “Tramp yolu”ndan narahatdır

Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla