Yuxarı

Qarabağın bərpasına ayrılan vəsaitin ümumi həcmi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın bərpasına ayrılan vəsaitin ümumi həcmi...

Sabah Şuşa şəhəri günüdür. Şuşanın işğaldan azad olunması Azərbaycan tarixinə həmçinin Zəfər Günü kimi düşdü. Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Qarabağı, Şuşanı işğaldan azad edən gənclər Ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenloyimizin banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

“Şuşanın işğaldan azad olunması ilə yeni düzənə daxil olan Qafqazda artıq əməkdaşlıq mərhələsi formalaşmaqdadır. Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda sülh və stabilliyi dəstəkləyir. Azərbaycan ərazisindən keçməklə yük qatarının Ermənistana daxil olması məhz bu niyyəti bir daha təsdiq edir.

Hazırda işğaldan azad olunan ərazilərimizdə 60 minə yaxın vətəndaşımız yaşayır və işləyir. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 16 mindən çoxdur. Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına artıq 22 milyard manatdan çox vəsait ayrılıb. Bu il ən azı 4 milyard manat işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Gələn il isə işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manatın ayrılması proqnozlaşdırılır. 2026-2029-cu illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Artıq işğaldan azad olunan ərazilərimizə sərmayə cəlbi də sürətlənməkdədir. Yalnız Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarına 50 milyon manatdan artıq sərmayə cəlb edilib. Bu, Qarabağda iqtisadiyyatın formalaşması və reintqerasiya mərhələsindən xəbər verir. Qarabağ iqtisadiyyatın əsas inkişaf drayverlərindən birinə çevrilməkdədir”, - o bildirib.

Tarix
2025.11.07 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

9 noyabrda Rusiya Bakıya təklif edib ki... – İlk dəfə açıqlandı

Şahbaz Şərif Azərbaycana gəldi

Fransa ilə yeni dövrə start verildi - XİN

Digər 4 anklavın Azərbaycana qaytarılması... - XİN

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

Bələdiyyələrə subsidiyalar azaldıldı

Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi

Prezident Slovakiya müdafiə nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla