Yuxarı

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Azərbaycanın Şərqi Zəngəzur bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəhlizlə bağlı Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, hüquqi əsaslara və regional əməkdaşlıq maraqlarına söykənir. Məlumdur ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən Azərbaycan ərazisinin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkət təmin edilməlidir.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Biz dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil. Məqsəd yalnız beynəlxalq hüquqa və əldə edilmiş razılaşmalara uyğun şəkildə maneəsiz tranzit əlaqəsi yaratmaqdır. Hesab edirik ki, Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına və Orta Dəhliz çərçivəsində əlavə marşrutların formalaşmasına xidmət edəcək.

8 avqust Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP-dir. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb", - XİN rəsmisi qeyd edib.

Ayxan Hacızadənin sözlərinə görə, ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ-la Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil:

"Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ tərəfinə, həm də Ermənistan tərəfinə bildirilib.

Vaşinqton razılaşmalarına uyğun olaraq, sentyabrın 5-də Azərbaycan və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfər ediblər. Ərazidə nəqliyyat yolları və infrastruktur ilə tanış olublar. Bu dəhlizin qısa müddətdə açılmasında maraqlıyıq".

Ayxan Hacızadə onu da qeyd edib ki, bununla yanaşı, Qars-İğdır-Dilucu marşrutu üzrə 224 kilometrlik dəmir yolunun tikintisi istiqamətində əhəmiyyətli bir layihənin, strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulduğu məlumdur:

"Hesab edirik ki, bu layihələrlə regionun logistika potensialı genişlənəcək və geostrateji əhəmiyyəti daha da artacaq".

Tarix
2025.11.07 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyanın Azərbaycanda səfirlik açması... – XİN rəsmisi

İlham Əliyev bu hərbçiləri təltif etdi

Rusiya 10 noyabr razılaşması ilə bağlı bəyanat yaydı

Hacızadə: 907-ci düzəlişin tam ləğv edilməsi üçün...

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Şahbaz Şərif Azərbaycana gəldi

Fransa ilə yeni dövrə start verildi - XİN

Digər 4 anklavın Azərbaycana qaytarılması... - XİN

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla