Yuxarı

Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sabitlik, şəffaflıq və dostluq bütün MDB və Avrasiya təhlükəsizliyi üçün vacibdir. Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilən görüşdən sonra münasibətlər yaxşılaşır və mürəkkəb məsələlərin həlli üçün qarşılıqlı addımlar atılır. Putin və Əliyevin Düşənbə görüşü liderlər arasında şəxsi münasibətlərin və onların səmimi təmaslarının bütün mürəkkəb məsələlərin həllinin açarı olduğunu nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Rusiya anlayır ki, Azərbaycan ciddi regional oyunçudur və onun əməkdaşlığı olmadan regionda tam sabitlik və təhlükəsizlik ola bilməz. Rusiya ilə Azərbaycanın ortaq cəhətləri çoxdur. Rusiyada böyük bir Azərbaycan diasporu var, Azərbaycanda isə yaxşı inteqrasiya olunmuş böyük bir rus icması var və onun öz adət-ənənələrini və dinini qoruyub saxlaması üçün hər cür şərait yaradılıb. Rusiya və Azərbaycan qonşudur. Bizi Xəzər dənizi birləşdirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də daxil olmaqla, genişmiqyaslı strateji layihələr həyata keçiririk və enerji sektorunda əməkdaşlıq edirik. Əməkdaşlıq potensialımız da genişdir. Bu gün Azərbaycan türk dünyasında mühüm rol oynayır və həm Qafqazda, həm də Orta Asiyada hörmətlə qarşılanır. Üstəlik, görürük ki, bu gün Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün danışıqlar kifayət qədər uğurla gedir. Cənubi Qafqazda sülhün bərqərar olması Rusiya üçün vacibdir. “3+3” regional əməkdaşlıq formatının (üç Cənubi Qafqaz respublikası və onların üç böyük qonşusu - Rusiya, Türkiyə və İran) böyük potensialı var. Təbii ki, bu formatda qarşılıqlı əlaqə bütün iştirakçılar üçün böyük imkanlar açacaq. Azərbaycan və Ermənistan malların tranziti üçün ərazilərini qarşılıqlı olaraq bir-birinin üzünə açıb, o cümlədən rəsmi Bakı Rusiya mallarının Ermənistana tranzitinə razılıq verib. Bu, həm də əməkdaşlığımızdakı müsbət tendensiyaları göstərir”, - o bildirib.

Tarix
2025.11.07 / 11:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla