Yuxarı

Durovun "dostu" və arvadı vəhşicəsinə qətlə yetirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Durovun "dostu" və arvadı vəhşicəsinə qətlə yetirildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Teleqramın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən kriptotreyder Roman Novak və həyat yoldaşı Anna vəhşicəsinə qətlə yetiriliblər.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yaxınlarının cütlüklə əlaqəsi təxminən 1 ay əvvəl kəsilib.

Novakın telefonundan sonuncu siqnal oktyabrın 4-də Cənubi Afrikada olarkən olub. Sonradan Novak və xanımının qaçırıldığı ortaya çıxıb.

Məlumata görə, onları qaçıran şəxslər azadlığa buraxılmaları üçün külli miqdarda pul tələb ediblər.

Bildirilib ki, qarşı tərəf tələb oluna vəsaiti verə bilmədiyi üçün Novak və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilib.

İlkin məlumata görə, şübhəlilər saxlanılıblar. Onların Rusiya vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Roman Novak özünü Teleqramın yaradıcısı Pavel Durovun dostu kimi təqdim edib. Bəzi məlumatlara görə, o, böyük maliyyə qalmaqalında iştirak edib. Novakın Rusiyadan qaçmazdan əvvəl Çin və Yaxın Şərq də daxil olmaqla, müxtəlif ölkələrdən olan investorları təxminən 500 milyon dollar məbləğində aldatdığı vurğulanıb.

Tarix
2025.11.07 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla