Yuxarı

“Expressbank” Ağdamda ağacəkmə aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Expressbank” Ağdamda ağacəkmə aksiyası keçirdi

“Expressbank” sosial məsuliyyət strategiyasına sadiq qalaraq “Təbiətə qayğı – Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirdiyi ənənəvi ağacəkmə aksiyasını bu il “Zəfər naminə!” şüarı altında 44 Günlük Vətən Müharibəsindəki zəfərimizin 5-ci ildönümünə həsr edib. Zəfər Günü münasibətilə keçirilən bu aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Expressbank əməkdaşları tərəfindən Ağdamın Sarıcalı kəndində təşkil edilib.

Aksiya çərçivəsində əraziyə 200 ədəd Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun, uzunömürlü ağac növləri əkilib. Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına töhfə verməklə yanaşı, şəhidlərimizin xatirəsinə ehtiram rəmzi kimi həyata keçirilib.Layihə Expressbankın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanaraq cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmaq məqsədini daşıyır. Bank sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslərlə ölkənin yaşıl gələcəyinə töhfə verməyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.

Qeyd edək ki, 2025-ci il ərzində Expressbank Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini bir sıra silsilə tədbirlərlə vurğulayıb. Belə ki, Bank “YAŞAT” Xeyriyyə Marafonuna 50 000 AZN ianə ilə qoşularaq şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə edib.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2025.11.07 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov

Moskva “Tramp yolu”ndan narahatdır

Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video

TŞ iclasına qatılmadı – Putin Lavrovu niyə “silir”?

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır

İrəvan və Bakı arasında tarixi sülh sazişi... - Tramp

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla