Yuxarı

İrəvanla Bakı arasında normallaşma... - NATO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanla Bakı arasında normallaşma... - NATO

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın Səsi" radiosunun Ermənistan bölməsinin Ermənistan-Azərbaycan prosesi ilə bağlı suallarını cavablandırıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Kolomina Cənubi Qafqaz regionunda sabitliyin NATO üçün vacib olduğunu vurğulayaraq, alyansın İrəvan və Bakı arasında ABŞ və AB-nin iştirakı ilə sülh prosesinə dəstəyini ifadə edib.

"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, sülhün bərqərar olmasına və onlar arasında uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş danışıqları qətiyyətlə dəstəkləyirik. Biz tərəfdaşlarımızı düzgün istiqamətə aparmağa çalışırıq. Bizim üçün isə düzgün yol münasibətləri tənzimləməkdir, çünki bu, Qafqaza sabitlik gətirəcək", - Kolomina bildirib.

O bəyan edib ki, Qafqaz Qara dəniz regionuna birbaşa təsir göstərir və Qara dəniz NATO-nun strateji maraqları regionudur:

"Ona görə də regionda sabitlik bizim marağımızdadır, çünki qeyri-sabitlik bizə təsir edir".

Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş görüb-görmədiyini soruşduqda Kolomina müsbət irəliləyiş görəcəyinə inandığını və dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşü xüsusilə qeyd edib.

"İnanıram ki, inkişaf var. Bunun bizi hara aparacağını bilmirəm, lakin biz bu prosesi bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - deyə NATO baş katibinin xüsusi nümayəndəsi bildirib.

Tarix
2024.07.13 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla