Yuxarı

“Lavrov Bakıya həm də Qarabağa görə gəlir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Lavrov Bakıya həm də Qarabağa görə gəlir”

İran-Türkiyə-Azərbaycan yaxınlaşması və bölgədə gedən bəzi pozitiv tendensiyalar, eləcə də Amerika və Avropa Birliyinin artıq birmənalı qaydada Azərbaycanı müdafiə etməsi Rusiyada həyəcan yaradıb. Bu, Qarabağ probleminin həllində situasiyanı dəyişə bilər.

Bu sözləri politoloq Qabil Hüseynli Lavrovun Bakıya gözlənilən səfərini Axar.az-a şərh edərkən deyib. Sabiq dövlət müşaviri Lavrovun Bakı səfərinin ikimərhələli olacağını deyib:

"Birincisi, Bakıda Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Rusiyalı ekspertlər Moskvanın Dağlıq Qarabağa dair gizli bir planının olmasını ortaya atırlar. Zənnimcə, burada gizlilik qrifinə ehtiyac yoxdur. İkincisi, Azərbaycanın Qərb siyasətində aktivlik artır. Qərb və ABŞ isə Azərbaycana diqqəti artırır. Bunu atılan xoşməramlı addımlar da göstərir. Bütün bunlar, əlbəttə ki, Bakının Qərbə olan meyilini artırmağa yönəlib. Qərbin qazla təmin olunmasında Bakının rolu Avropa tərəfindən çox müsbət qarşılanıb və ölkə rəhbərinə dəstək verilməsinin zərurəti vurğulanır. Moskva bu yaxınlaşmadan narahatdır. Bu məqsədlə Qarabağın fonunda Yaxın Şərq planından söz açırlar. Hətta plana Cənubi Qafqazdakı problemlərin həllini əlavə etmək istəyirlər. Lavrov Bakıya Azərbaycanla məhz Dağlıq Qarabağın hüdudlarından kənarda olan yeddi rayonun taleyinin müzakirəsi üçün gəlir. Moskva bununla bir daha göstərir ki, proses Rusiyanın nəzarətindədir. Böyük dövlətlər, özəlliklə də bölgədə xüsusi maraqları olan Rusiya bir tərəfdən yaranmış sabitliyin səbəbkarıdır, digər tərəfdən isə problemin həllinin bütün açarlarını öz əlində saxlamaqdadır. Bakı isə artıq heç kimin nazı ilə oynamayacaq".

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu həftə Bakıya səfər edəcəyi gözlənilir. Nazirliyin sözçüsü Mariya Zaxarova ötən həftəsonu səfərin tarixi ilə əlaqədar iş getdiyini deyib.

Tarix
2016.03.29 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla