Yuxarı

Fransa senatoru: "Bu status-kvo qəbuledilməzdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa senatoru: "Bu status-kvo qəbuledilməzdir"

Aydındır ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya daxil olan məlumata görə, bu barədə Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardtın Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupu heç bir səmərə verməyən "addım-addım" strategiyasınından imtina etməli və hərəkətə keçməlidir: "Azərbaycan özünün Dağlıq Qarabağ və yeddi ətraf rayonun, ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə edilməsini qəbul edə bilməz. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir".

"Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriya və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq" - deyə, A.Reixardt vurğulayıb.

Tarix
2016.04.03 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla