Yuxarı

“Ermənistan bunu dərk edərsə…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistan bunu dərk edərsə…”

Azərbaycan ordusu öz missiyasını yerinə yetirərək, ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir. Cinayətkar Ermənistan rəhbərliyi və onun havadarları bu həqiqəti nə qədər tez dərk edərsə, münaqişə dinc yollarla bir o qədər tez həllini tapar.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. PA rəhbəri Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcəyini bildirib:

"Azərbaycan ilk növbədə münaqişənin sülh, danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olub və indi də bu mövqeyə sadiqdir. Bununla yanaşı, Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Azərbaycan sonu olmayan bir prosesdə iştirak etməyəcək və danışıqlar naminə danışıqlar aparmayacaq. Reallıq ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi missiyasını həyata keçirməli olan ATƏT-in Minsk Qrupunun qətiyyətsiz mövqeyi nəticəsində irəli sürülmüş bütün təşəbbüslər Ermənistan tərəfindən rədd edilib, müntəzəm şəkildə təxribat törədərək danışıqlar prosesini pozan bu işğalçı ölkəyə qarşı heç bir təsir mexanizmi tətbiq edilməyib, beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmayıb, bəzi hallarda isə beynəlxalq qurumlarda qaldırılan aktual məsələlər süni şəkildə bloklanıb. Təbii ki, belə bir vəziyyətdə mövcud reallıqları da nəzərə almaqla, Azərbaycan öz məqsədyönlü siyasətini daha əzmlə davam etdirəcək. Ölkəmiz öz hərbi gücünü artıracaq, hücum diplomatiyası, Ermənistanın iqtisadi baxımdan təcrid siyasəti davam etdiriləcək. Bundan sonrakı dövrdə də həm beynəlxalq təşkilatlarda, həm informasiya məkanında, həm də qoşunların təmas xəttində Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcək.

Cənab Prezidentin qeyd etdiyi kimi, regionumuzda sülh və əmin–amanlığın, əməkdaşlıq mühitinin bərqərar olması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bir daha xatırlatmalıyam ki, Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq. Azərbaycan ordusu öz missiyasını yerinə yetirərək, ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir. Cinayətkar Ermənistan rəhbərliyi və onun havadarları bu həqiqəti nə qədər tez dərk edərsə, münaqişə dinc yollarla bir o qədər tez həllini tapar".

Tarix
2016.04.07 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Davosda Andre Esteveslə görüşdü

Sədr Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul etdi

Rusiya və İranda problemlər: İrəvan Azərbaycana ümid edir

FHN 20 Yanvarla bağlı anım tədbiri keçirdi - Foto

Leyla Əliyeva Efiopiyanın baş naziri ilə görüşdü

Bu şəxslər Azərbaycana ekstradisiya edildi

Ruttenin müavini Azərbaycana gəlir

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla