Yuxarı

Bəxtiyar Hacıyevlə ermənilər arasında qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəxtiyar Hacıyevlə ermənilər arasında qalmaqal

Siyasi fəal Bəxtiyar Hacıyev növbəti dəfə çağırış edib.

Teleqraf.com xəbər verir ki, Bəxtiyar Hacıyev çağırışını Feysbuk şəbəkəsində edib.

O bildirib ki, səhərdən 10-15 status görüb və bu statuslarda "ermənilər yazır ki, filan yüksəklik bizdədir, doğrudurmu, bəs bizimkilər deyirlər almışıq?" kimi suallar qoyulur: "Müdafiə Nazirliyi bu gün rəsmi olaraq bu barədə məlumat yayıb və bunların yalan olduğunu deyib. Erməni mənbələrinə tez inanmayın".

B.Hacıyev daha sonra erməni jurnalistlə insidenti barədə bir hadisəni xatırladıb: "2007-ci ildə Amerikada oxuyanda məlum oldu ki, ermənilər Harvardda forum keçirərək Naxçıvandakı abidələri haqqında danışacaq, növbəti gün isə Naxçıvandakı erməni abidələri ilə bağlı sərgi keçirəcəklər. Foruma getdim, sona qədər dinlədim. İrəvandan gələn rəsmi Aqram Ayvazyan, erməni həyat yoldaşı olan və erməni əsilli James Russel Azərbaycan haqqında olmazın böhtanlarını atdılar.

Möminə Xatun türbəsinin erməni abidəsi olmasından danışdılar. O forumdan bir müddət əvvəl isə Xocalıda öldürülmüş uşaq fotosunu Nyu-Yorkda çıxan kiçik bir qəzetdə "Azərbaycanlıların öldürdüyü erməni uşaq" kimi çap etmişdilər. Durub söz istəyəndə və biləndə ki, azərbaycanlıyam, başladılar hay-küyə. Mən həmin fotonun Xocalıda ermənilər tərəfindən öldürülmüş uşağın fotosu olduğunu, Möminə Xatun türbəsinin isə Azərbaycan abidəsi olduğunu bildirdim.

Forumdan çıxanda erməni jurnalistlərdən biri ilə kiçik mübahisədə foto məsələsini qaldıranda "bu, propaqandadır, belə şeylərdə mənəvi sərhəd yoxdur" cavabını aldım. Növbəti gün sərgidə isə Möminə Xatunun fotosu çıxarılmışdı. Bunun səbəbini soruşanda Ayvazyan "dünən bilmirdik siz buradasınız, bu gün bilirik, ona görə çıxartdıq" dedi".

B.Hacıyev bu məqamı xatırladaraq qeyd edib ki, erməni mənbələrinin Azərbaycan dilində yaydıqları saxta telefon danışıqlarına, saxta fotolara, saxta məlumatlara inanmaq və ruhdan düşmək olmaz: "İnformasiya müharibəsi də getdiyini unutmayın. Onların hər cür sifətini görmüşəm, ən ağıllı, normal saydıqlarımız da propaqanda üçün ağlınıza gəlməyəcək iyrənc yollara əl atırlar. Bunların sifəti budur sadəcə".

Tarix
2016.04.07 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

“KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mehdiyevin nəvəsi "Lamborcini" ilə gəzir - Video

Ceyhun Bayramov Səmərqəndə getdi

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla