Yuxarı

“Kommersant” Bakıdakı Qarabağ havasından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kommersant” Bakıdakı Qarabağ havasından yazdı

"Kommersant"ın müxbiri Kiril Krivoşeyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıya səfər edib.

Axar.az xəbər verir ki,"Kommersant" Azərbaycan paytaxtının döyüş xəttindən aralıda yerləşməsinə baxmayaraq, vətənpərvərlik əhval-ruhiyyəsinin artmasının burda da özünü göstərdiyini yazıb:

"Bakıda işğal olunmuş əraziləri azad etmək ideyasını dəstəkləyən vətənpərvərlik plakatları o qədər də çox deyil. Cəbhə bölgəsində döyüşlərin getdiyini yerli kafelərdə göstərilən televiziya reportajlarından, maşın və eyvanları bəzəyən bayraqlardan bilmək olar.

Bu günlər ərzində bir qrup kişi inzibati binaların önünə yığışaraq ön cəbhəyə göndərilmək istəyini bildirdi. Hakim qüvvələr isə özəl heyətin mövcud olduğunu və könüllülərə ehtiyac olmadığını açıqladı.

Buna baxmayaraq, həm tələbələr, həm köhnə bakılılar müharibəyə getməyə hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini deyir.

Ən böyük aksiya Nərimanov Rayon İcra Hakimiyyətinin yanında keçdi.

Bakı sakinləri vətənpərvərlik coşğusundan imtina etmək istəmir.

Bakıda tələbələrin keçirdiyi aksiyalara mən də qoşuldum. Gənclər orduya dəstək məqsədilə şəhərdə nümayişlər keçirir, sonda isə qəhrəmanlarının dəfn edildiyi Şəhidlər Xiyabanına üz tuturdu. Bu gənclər müharibə başlayarsa, günü sabah ön cəbhəyə yollanmağa hazırdır".

Tarix
2016.04.08 / 16:55
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla