Yuxarı

Müdafiə Nazirliyi brifinq keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən hərbi attaşeləri, Hərbi Attaşelik aparatlarının, eləcə də beynəlxalq təşkilatların (BMT, Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi) nümayəndələri üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq keçirilib.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, brifinqdə Hərbi Attaşelik aparatlarının və beynəlxalq təşkilatların nümayəndələrinə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş böyük ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.

Eyni zamanda, xarici ölkələrin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Tarix
2016.04.08 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya Kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!

Ermənistanda bu sözə qıcıqlanırlar: Zarafatla deyirəm ki…

Rusiya Azərbaycana təşəkkür etdi

Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla