Yuxarı

Türkiyədən Naxçıvanın vurulmasına - Sərt reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Naxçıvanın vurulmasına - Sərt reaksiya

Türkiyə Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasına və Dağlıq Qarabağdakı son vəziyyətə münasibət bildirib.

ANS-in məlumatına görə, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında atəşkəsin yenidən pozulmayacağına ümid etdiyini bildirib:

"Azərbaycan və Türkiyə bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. ATƏT-in Minsk Qrupu istəsə, bu məsələni bir həftədə həll edər. Amma onlar addım atmırlar. Ermənistan Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayır".

Çavuşoğlu Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasını çox ciddi pozuntu adlandırıb. O deyib ki, Ermənistan Naxçıvanı atəşə tutumaqla təxribat axtarışında olduğunu göstərir: "Azərbaycan bu məsələdə çox səbrli davranır".

Azərbaycan və Ermənistan arasında baş verən 4 günlük gərgin döyüşlərdən sonra aprelin 5-də atəşkəs əldə olundu. Amma Ermənistan ordusu razılaşmaya əməl etməyərək, Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutmuşdu. Amma Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə qarşı tərəfi susdurmuşdu.

Hazırda Türkiyənin Naxçıvanla bağlı həssas davranması təsadüfi deyil. Çünki 1921-ci ildə Türkiyə və Rusiya arasında əldə olunan Qars razılaşmasına əsasən rəsmi Ankara Naxçıvana qarşı xarici müdaxilə baş verdiyi halda ona qarşı cavab vermək hüququna malikdir. Həmin vaxt Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi.

Tarix
2016.04.10 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla