Yuxarı

İlham Əliyev Malayziya spikeri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Malayziya spikeri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Seri Ronald Kiandeeni qəbul edib.

Axar.az xəbər verir ki, Malayziya parlamentində yaradılmış Azərbaycan ilə dostluq qrupu haqqında məlumat verən Seri Ronald Kiandee Bakıya ilk dəfədir ki, səfər etdiklərini bildirib, 8 deputatdan ibarət Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinin ölkələrimizin qanunverici orqanları arasında mövcud əlaqələrin inkişafındakı rolundan danışıb.

Qonaq azərbaycanlı həmkarları ilə qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu deyən Seri Ronald Kiandee Malayziyanın Petronas şirkətinin ölkəmizdəki fəaliyyətini əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladıb. Azərbaycanla Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Malayziyanın Petronas şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən dövlət başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu qeyd edib. Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlət başçısı Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavininin Bakıya səfərinin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Tarix
2016.04.12 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla