Hidayət Heydərov bu paylaşımına görə cəzalandırıldı - Foto
14:40
| Ana səhifə Planet |
|
İranın mərhum ali lideri Əli Xameneinin dəfn olunduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahı kompleksində yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, yanğın ziyarətgah ərazisində yerləşən bitum emalatxanasında başlayıb. Hadisə yerinə ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Alov qısa müddətdə nəzarət altına alınıb.
Bidirilib ki, ərazidə sıx tüstü müşahidə olunsa da, yanğının kompleksin digər hissələrinə yayılmasının qarşısı alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
|
Tarix
2026.07.16 / 13:52
|
Müəllif
Aysel Baxşiyeva
|