Yuxarı

Hidayət Heydərov bu paylaşımına görə cəzalandırıldı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hidayət Heydərov bu paylaşımına görə cəzalandırıldı - Foto

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün və sosial şəbəkə paylaşımına görə cəzalanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Hidayət Heydərova sosial şəbəkədəki bəzi paylaşımlarına görə intizam tədbiri tətbiq olunub:

"Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir".

Rəşad Rəsulov həmçinin H.Heydərovun bu il iki turnirdə çəki sala bilmədiyi üçün yarışa buraxılmamasına münasibət bildirib:

"Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Pul cəriməsi verilə bilər, təlim-məşqlərdən, hazırlıq proseslərindən kənarlaşdırıla bilərlər. Amma yüngülləşdirici məqamlar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu düşünürük. Nizam-intizam bizim üçün önəmlidir. Hidayət çəkini niyə sala bilmədi? Səbəbi müəyyən etmişik. Bu istiqamətdə özü ilə birlikdə işləyirik. Hər ikisində Hidayət Heydərova cəza verilib. Bunu açıqlamaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib. Biz onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik".

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.

Tarix
2026.07.16 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

Bakıda AQEM-in Media Forumu keçirilir

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla