Yuxarı

Fuad Abbasov Moskvadan çıxarılır – Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Abbasov Moskvadan çıxarılır – Təcili

"İxlas" agentliyinin Rusiyadakı nümayəndəsi Fuad Abbasov Moskva nümayəndəliyindən geri çağrılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı jurnalist öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, artıq bununla əlaqədar olaraq agentlikdən ona rəsmi məktub da daxil olub:

"1997-ci ilden bu yana işlədiyim Türkiyənin "İxlas" Xəbər Agentliyinin rəhbərliyi Moskvadakı işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda "işlərin orada istədiyimiz kimi getməməsi səbəbiylə" əsas göstərilməsinə baxmayaraq, nə istədiklərini başa düşmədim. Son 6 ay boyunca Rusiyanın dəyişik qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmək başlıca "işim" olub. Buradakı türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə "Rusiya-Türkiyə münasibətlərini boş ver, işindən qovularsan, kimsə sənə sahib çıxmaz" sözləri idi. Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. Təbii ki, buna çox sevinənlər var. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam gecələr rahat yata biləcək.

Allah şəhidlərimizə rəhmət eləsin, vətən uğrunda tökdükləri qan yerdə qalmaz inşallah".

Tarix
2016.04.13 / 11:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla