Yuxarı

ABŞ səfirimiz: “Obama Qarabağla bağlı nadir şansı itirdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfirimiz: “Obama Qarabağla bağlı nadir şansı itirdi”

ABŞ Rusiya-Türkiyə qarşıdurması ilə əlaqədar meydana gələn gərginliklə bağlı regionda daha qətiyyətli addımlar atmalıdır.

Axar.az xəbər verir ki, bunu "Vaşinqton Tayms" qəzetinə açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov söyləyib. Onun sözlərinə görə, hazırda regiondakı vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər.

O, Obama Administrasiyasının Rusiyanın bölgədə artan təsirinə cavab olaraq Azərbaycanla daha dərin əməkdaşlıq nümayiş etdirdiyini bildirib. Süleymanov Vaşinqtonun bölgəyə daha çox diqqət ayırmasının lazım olduğunu bildirib:

"Obama Administrasiyası Türkiyə və Rusiyaya, eləcə də son Azərbaycan və Ermənistan qarşıdurmasına real təsir etmək üçün nadir şansı itirdi. Bu situasiyadan Prezident Obama yox, Vladimir Putin istifadə etdi. Nəticədə özünü sülhməramlı kimi göstərdi və Moskvaya Azərbaycan və Ermənistan baş qərargah rəislərini çağırdı. Bu gün aydındır ki, son iki həftə ərzində Rusiya regionda öz statusunu əsas diplomatik güc kimi saxladı. Rusiya kifayət qədər güclü oyunçudur. Biz bunu gördük. Son iki həftə ərzində biz Rusiyanın regionda daha aktiv iştirakçı olduğunun şahidi olduq".

Tarix
2016.04.13 / 12:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla