Yuxarı

İranda türk vəkillər bəyanat yaydı – Mətn

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda türk vəkillər bəyanat yaydı – Mətn

İranda Azərbaycan türklərdən ibarət bir qrup vəkil Ankara, İstanbul, Brüssel və Bağdadda baş verən terror aktları ilə bağlı bəyanat yayıb.

Axar.az-a verilən məlumata görə, Avropa və Yaxın Şərqdə terrorun geniş vüsət aldığı deyilən bəyanatda dünya ölkələrinə çağırış edilib:

"Günahsız bir insanı qətlə yetirmək bütün insanları öldürməyə bərabərdir. Və hər kəs başqa birisini ölümdən qurtararsa, bütün insanların həyatını qurtarmış olur. Terror bəlası tarix boyu xeyli günahsız insanın həyatına son qoyub və bir çox hüquq, təməl azadlıqlarını aradan qaldırmaq üçün hücum vasitəsi olub. Bundan başqa, terror müxtəlif ölkələrin təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhdiddir. Hazırda Yaxın Şərq və Avropa ölkələrində insanlar terror bəlasının qurbanı olur. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib.

Son vaxtlar Kürdüstan Özgürlük Şahinləri (PKK terror qruplaşmasına bağlıdır), İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahorda terror aktları törədərək günahsız insanların ölümünə səbəb oldular.

Biz İranda bir qrup türk vəkil terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq elan edirik:

Müxtəlif millətlər və beynəlxalq təşkilatlar terrorizmə qarşı mübarizə aparmalı, kökünü kəsməyə çalışmalıdırlar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorizm qarşısında səssiz qalmağı, ona haqq qazandırmağı, bu zəmində ikili yanaşmanı həm insani, həm də hüquqi baxımdan qəbul etmirik. Bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq".

Tarix
2016.04.14 / 11:30
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla