Yuxarı

Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və dəhlizlərin işə düşməsini istəyir. Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır və o Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, mövcud reallıqla barışıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda “erməni mədəni isrsinin qorunması”, ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlərin nizamlanması başlayacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq. Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər”, - politoloq bildirib.

Tarix
2024.10.13 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

İnanılmaz: Netanyahu Baş Qərargah rəisini də yola salır

Qallant vəzifədən çıxarıldı, İsrail qarışdı – Təcili

İsrailin baş xəfiyyəsi: Qallant qovuldu, təbrik edirəm!

100-dən çox lider iştirak edəcək: Makron da Bakıya gəlir?

Səfirimiz Putinə təşəkkür etdi

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla