Yuxarı

Berndə torpaqlarımızın işğalına etiraz - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berndə torpaqlarımızın işğalına etiraz - Foto

Aprelin 16-da Bern şəhərinin Helvetia meydanında İsveçrədə yaşayan Azərbaycan və türk diasporunun nümayəndələrinin, o cümlədən tələbələrin iştirakı ilə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən davam edən işğalına etiraz əlaməti olaraq aksiya keçirilib. Əvvəlcə erməni işğalçıları ilə döyüşdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb, onların Vətən uğrunda canlarından keçməsinin təkcə Azərbaycanda deyil, həm də xaricdə yaşayan həmvətənlərimiz üçün bir qəhrəmanlıq məktəbi olduğu bəyan edilib.

Axar.az xəbər verir ki, daha sonra etiraz aksiyasının iştirakçıları Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb, "Mülki vətəndaşları hədəfə almağı dayandırın!", "Dağlıq Qarabağın işğalından əl çəkin!", "Xocalıya ədalət!" kimi şüarlar səsləndiriblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu aksiya Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qoşunların təmas xəttində erməni silahlılarının təxribat hücumu nəticəsində görünməmiş səviyyədə zorakılığın baş verməsi, Azərbaycan hərbçilərinin və mülki vətəndaşların həlak olmasına etirazdır.

Eyni zamanda, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalına dünya birliyinin biganəliyi tənqid olunub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq dərhal çıxarılması tələb olunub. Bundan əlavə, çıxışlarda ordumuzun qəhrəman əsgərlərinin təmas xəttinə yaxın yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə mühüm məntəqəni ələ keçirməsinin Azərbaycan Ordusunun qalibiyyət əzmindən xəbər verdiyi vurğulanıb, lazım olduğu təqdirdə İsveçrədə yaşayan hər bir azərbaycanlının Vətən torpaqlarını azad etmək üçün canından keçməyə hazır olduğu bildirilib.

Tarix
2016.04.16 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla