Yuxarı

Gürcüstan İstanbul görüşünə niyə qatılmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan oktyabrın 18-də İstanbulda keçiriləcək “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) regional məsləhət platformasının üçüncü iclasında da iştirak etməyəcək. Gürcüstan Rusiyaya etiraz əlaməti olaraq bu platformanın iclaslarına iştirak etmir. Məntiqlə doğru qərardır, çünki sənin torpaqlarını işğal edən və diplomatik münasibətlərin olmayan ölkə ilə bir masada necə otura bilərsən?

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, buna baxmayaraq, başqa məntiq də var:

“Gürcü oliqarx Bidzina İvanişvili və onun nəzarət etdiyi Gürcüstan hökuməti son vaxtlar Rusiya ilə münasibətlərin normallaşması yollarını arayır, Moskvaya yumşaq mesajlar göndərir, Tiflis eyni zamanda ABŞ və Avropa ölkələri ilə münasibətləri pisləşdirib. Belədirsə, İvanişvili məntiqlə İstanbuldakı toplantıya maraq göstərməli idi. Fikrimcə, İvanişvili Kremllə dialoqa maraq göstərsə də, hələ ki, bunu açıq-aşkar edə bilmir, əks halda parlament seçkisi öncəsində Gürcüstan cəmiyyətinin dəstəyindən məhrum olar. İvanişvilinin nəzarət etdiyi hakim Gürcü Arzusu Partiyası 26 oktyabr parlament seçkisində qələbə qazanarsa, bundan sonrakı dönəmdə “3+3” platformasında iştiraka maraq göstərəcək”.

Tarix
2024.10.16 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

Bu da Zelenskinin Qələbə planına NATO-nun cavabı

Zelenskinin planı: Qərb dəstəkləməsə, nə baş verəcək?

Bakıda 500 il insan yaşamasa, şəhər belə olar - Video

Erməninin Bakıya qarşı sualına Zaxarovanın cavabı

Vəziyyət dəyişir: Türkiyə Qafqaza girir, Rusiya isə… - Rus ekspert

MHP-dən Mübariz İbrahimovun atası ilə bağlı paylaşım

Zaxarovadan erməniyə: Orada Azərbaycan qanunları işləyir

Regiondan bixəbərlərin Bakının daxili işlərinə qarışması...

Prezidentin göstərişi: Müdafiə xərcləri 1,7 milyard artırıldı!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla