Yuxarı

Türkiyənin seysmik risk xəritəsi yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin seysmik risk xəritəsini yeniləyib.

Axar.az xəbər verir ki, bu qərar episentri Türkiyənin Malatya vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra qəbul edilib.

Yenilənmiş xəritəyə əsasən, zəlzələ riski ən çox olan regionlara İzmir, Dənizli, Bursa, Kocaeli, Ərzincan, Hatay, Amasya, Bolu, Çanaqqala və Siirt daxildir.

İstanbulun çox hissəsi, Qəhrəmanmaraş, Adıyaman, Van, Antalya, Qars, Malatya, Adana, Kütahya və Əskişəhər “ikinci” risk zonasındadır. Eyni zamanda Türkiyənin bu ərazilərində güclü zəlzələlərin baş verməsi ehtimalı da istisna edilmir.

Ankara, Konya, Şanlıurfa, Kayseri, Mersin, Nevşehir vilayətləri və İstanbul vilayətinin bir hissəsi seysmik təhlükələrə daha az məruz qalır.

Xəritə Şərqi Anadolu və Şimali Anadolu qırılmalarının Türkiyənin hansı bölgələrindən keçdiyi barədə təsəvvür formalaşdırır.

Milli Seysmik Araşdırmalar Proqramının (DASK) dəstəyi ilə 2019-cu il yanvarın 1-dən Türkiyədə zəlzələ təhlükəsi xəritəsi istifadə olunur.

Tarix
2024.10.16 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

Bu da Zelenskinin Qələbə planına NATO-nun cavabı

Zelenskinin planı: Qərb dəstəkləməsə, nə baş verəcək?

Bakıda 500 il insan yaşamasa, şəhər belə olar - Video

Erməninin Bakıya qarşı sualına Zaxarovanın cavabı

Vəziyyət dəyişir: Türkiyə Qafqaza girir, Rusiya isə… - Rus ekspert

MHP-dən Mübariz İbrahimovun atası ilə bağlı paylaşım

Gürcüstan İstanbul görüşünə niyə qatılmadı?

Zaxarovadan erməniyə: Orada Azərbaycan qanunları işləyir

Regiondan bixəbərlərin Bakının daxili işlərinə qarışması...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla