Yuxarı

İrəvan tələsir: SSRİ zamanı ələ keçirdiyi ərazilər üçün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın əsasnaməsini ratifikasiya edib. Paşinyanın müavini Mqer Qriqoryan eyni addımın Azərbaycanın da atmasını gözlədiklərini deyir, erməni müxalifəti isə “Azərbaycan niyə əsasnamənin ratifikasiyası ilə bağlı heç bir addım atmır” sualını müzakirəyə çıxarıb.

Bu prosesdə iki məqam diqqət çəkir:

- Ermənistan niyə tələsir?

- Azərbaycan niyə səbirlə davranır?

Ermənistanın ratifikasiya etdiyi əsasnamə layihəsi 19 aprel razılaşmasında qeyd olunduğu kimi “sərhədin delimitasiyası prosesində 1991-ci il Almatı Bəyannaməsinə” əsaslanır və bu, delimitasiyanın Ermənistanın maraqlarına uyğun aparılmasını şərtləndirən amildir. İrəvan əsasnamənin hüquqi təsdiqinin bütün prosedurunu icra etməklə:

- SSRİ dağılanda mövcud olan xətlərin (sonuncu olan 1979-cu ilin xəritəsi) əsas götürülməsi, sovetlər dövründə ermənilərə verilən ərazilərimiz üzərində legitimlik əldə etmək üçün hüquqi baza yaradır;

- Tələsik imzalamaq istədiyi sülh sazişinin önündəki maneələrdən birini (razılaşdırılmayan maddələrdən birinin sərhədin delimitasiyasında baza prinsipi olduğu istisna deyil) qaldırmaq istəyir;

- Delimitasiyada baza prinsipinin sülh sazişində dəyişdirilməsi perspektivinə qarşı hüquqi istinad əldə edə biləcəyini düşünür;

Azərbaycan tələsmir, çünki 19 aprel razılaşmasında müəyyən edilən baza prinsipinin sülh sazişində dəyişdirilə biləcəyi qeydi var və saziş imzalanmadan əsasnamənin ratifikasiya edilməsi həm onun dəyişdirilməsi imkanlarını azaldır, həm də delimitasiyada İrəvanın maraqlarına uyğun hüquqi bazanı yaradır.

Tarix
2024.10.23 / 18:50
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

Baydenin "ləyaqətli sülh" təklifi: "Ləyaqətli sülh" nədir axı?

BRİKS ölkələrindən Azərbaycana dəstək verildi

AP-dəki bəzi müzakirələr sirki xatırladır - PA rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla