Yuxarı

AP-dəki bəzi müzakirələr sirki xatırladır - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab verib.

Axar.az xəbər verir ki, bu barədə o, “Politiko”ya açıqlamasında danışıb.

“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”, - H.Hacıyev vurğulayıb.

O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb: “Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.

Tarix
2024.10.23 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

MM spikeri türkiyəli həmkarına başsağlığı verdi

Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak etdi - Foto

Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla