Yuxarı

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, başsağlığında qeyd olunur:

"Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, terror aktı nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Tarix
2024.10.23 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

MM spikeri türkiyəli həmkarına başsağlığı verdi

Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak etdi - Foto

Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla