Yuxarı

Bu ərazilərdə kanalizasiya üçün investisiya tələb oluna bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin mərkəzləşdirilmiş sistemə qoşulması üçün investisiya tələb olunur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır: “Amma bu işlər investisiya tələb edir. Əgər daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, onları edirik. Lakin böyük layihələr üçün investisiya çatışmazlığı səbəbindən Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bu ərazilər əsasən Sabunçu və Suraxanı rayonları, Bağlar massivi, Binəqədi rayonunun bəzi hissəsidir. Həmin ərazilərdə mərhələli şəkildə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir".

C. Cabbarlı əlavə edib ki, bu ərazilərdə işlərin aparılması üçün hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib və bunlar, daxili vəsaitlər hesabına həyata keçirilir.

Tarix
2024.10.23 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

MM spikeri türkiyəli həmkarına başsağlığı verdi

Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak etdi - Foto

Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla