Yuxarı

İlham Əliyev Laosa dəvət olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:59

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Axar.az xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.

Thonqlun Sisulit dövlət başçısını Laosa səfərə dəvət edib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.

Dövlət başçısı ölkələr arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.

Tarix
2024.10.23 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

İrəvan tələsir: SSRİ zamanı ələ keçirdiyi ərazilər üçün...

Rəsmi Bakıdan Türkiyədəki terakta reaksiya

Bakıdan təhlükə yoxdur: özümüzə gəlirik - Sukiasyan

Paşinyan içəri girdi, heç kim qalxmadı...

AB "müşahidəçi"ləri Zəngilanda peyda oldu - Video

İlham Əliyev Milorad Dodiklə görüşdü

Əliyev Kazanda Minnixanovla görüşdü - Foto

Əliyev Kazana getdi, hərbi helikopterlər müşayiət etdi - Video

Qərb Gürcüstanda yeni “Maydan”a hazırlıq görür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla