Yuxarı

Səfərbərlik xidmətinin zabitinə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.

Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.

Tarix
2024.10.23 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

İlham Əliyev Laosa dəvət olundu

İrəvan tələsir: SSRİ zamanı ələ keçirdiyi ərazilər üçün...

Rəsmi Bakıdan Türkiyədəki terakta reaksiya

Bakıdan təhlükə yoxdur: özümüzə gəlirik - Sukiasyan

Paşinyan içəri girdi, heç kim qalxmadı...

AB "müşahidəçi"ləri Zəngilanda peyda oldu - Video

İlham Əliyev Milorad Dodiklə görüşdü

Əliyev Kazanda Minnixanovla görüşdü - Foto

Əliyev Kazana getdi, hərbi helikopterlər müşayiət etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla