Yuxarı

Xəzər TV-yə xəbərdarlıq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audiovizual Şura Xəzər TV-nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.

Bu barədə Axar.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, Xəzər TV-nin efirində 22 oktyabr saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadə efirə verilib.

Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.

"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib", - məlumatda qeyd edilib.

Tarix
2024.10.23 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

Baydenin "ləyaqətli sülh" təklifi: "Ləyaqətli sülh" nədir axı?

BRİKS ölkələrindən Azərbaycana dəstək verildi

AP-dəki bəzi müzakirələr sirki xatırladır - PA rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla