Yuxarı

Paşinyan içəri girdi, heç kim qalxmadı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Nikol Paşinyan Ermənistan Politexnik Universiteti, Kənd Təsərrüfatı Universiteti, Memarlıq və İnşaat Universitetinin professor və tələbələri, həmçinin elmi tədqiqat təşkilatlarının bir qrup nümayəndəsi ilə görüşdü.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan yazıb.

O bildirib ki, Paşinyan görüşün keçirildiyi zala daxil olarkən heç kim ona məhəl qoymayıb:

“Təəccübləndim ki, o, içəri girəndə zalda əyləşənlərin heç biri yerindən qalxmadı. Paşinyan ətrafa baxdı, bəlkə də alqışlar və ya heç olmasa, hörmət əlaməti olaraq bir jest gözlədi. Lakin alimlər və professorlar laqeyd və təbəssümsüz şəkildə onun kürsüyə getməsini izlədilər. Sanki oturacaqlara kilidlənmişdilər və heç biri ayağa qalxmırdı. Düzünü desəm, heç bir rəhbərin dövründə belə şey görməmişəm”.

H.Babacanyan qeyd edib ki, Paşinyanın Feysbuk səhifəsindəki tərəfdarları sözügedən vəziyyəti qəzəblə qarşılayıblar.

Tarix
2024.10.23 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

Baydenin "ləyaqətli sülh" təklifi: "Ləyaqətli sülh" nədir axı?

BRİKS ölkələrindən Azərbaycana dəstək verildi

AP-dəki bəzi müzakirələr sirki xatırladır - PA rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla