Yuxarı

Fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Axar.az-a bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Astrofizika kafedrasının məlumatına görə, gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Tarix
2024.10.23 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

İlham Əliyev Laosa dəvət olundu

İrəvan tələsir: SSRİ zamanı ələ keçirdiyi ərazilər üçün...

Rəsmi Bakıdan Türkiyədəki terakta reaksiya

Bakıdan təhlükə yoxdur: özümüzə gəlirik - Sukiasyan

Paşinyan içəri girdi, heç kim qalxmadı...

AB "müşahidəçi"ləri Zəngilanda peyda oldu - Video

İlham Əliyev Milorad Dodiklə görüşdü

Əliyev Kazanda Minnixanovla görüşdü - Foto

Əliyev Kazana getdi, hərbi helikopterlər müşayiət etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla