Yuxarı

Bakıdan təhlükə yoxdur: özümüzə gəlirik - Sukiasyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycandan Ermənistana qarşı hər hansı müharibə təhlükəsi görmürəm.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 23-də Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Xaçatur Sukiasyan erməni mediasına deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin tanıdığı və norma və tələb kimi qəbul etdiyi standartlara uyğun sülh istəyir. O, sülhün əldə olunacağına əminliyini ifadə edib.

Sukiasyan əlavə edib ki, regionda tədricən münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşır.

“Azərbaycan regionun dövlətlərindən biridir. Azərbaycanın rəsmi bəyanatlarında “ərazi bütövlüyü və suverenlik” anlayışı var. Eyni zamanda digər dövlətlər - İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər”, - deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan özünə gəlməyə başlayır:

“Əlbəttə, 2020-ci ildə çox böyük itkilərimiz oldu, lakin bundan sonra müəyyən ayıqlıq yarandı və Ermənistan öz texnologiyaları və şaxələndirilmiş iqtisadiyyatı ilə regionda tamamilə anlaşılan və məqbul oldu. Ermənistan bütün qonşu dövlətlərlə əməkdaşlıq etsə, çox ciddi iqtisadiyyata sahib olar. Deyəsən, biz buna doğru gedirik”.

Tarix
2024.10.23 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

İlham Əliyev Tokayevlə bir arada - Foto

Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

İlham Əliyev Szinpinlə ayaqüstü söhbət etdi - Foto

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

Qazaxıstanla imzalanmış bu sənəd... - XİN

Baydenin "ləyaqətli sülh" təklifi: "Ləyaqətli sülh" nədir axı?

BRİKS ölkələrindən Azərbaycana dəstək verildi

AP-dəki bəzi müzakirələr sirki xatırladır - PA rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla