Yuxarı

Əli Əsədov yağışa görə nazirləri topladı, tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Ə.Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.

Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərişıq ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.

Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib. Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.

Tarix
2024.10.23 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

İlham Əliyev Laosa dəvət olundu

İrəvan tələsir: SSRİ zamanı ələ keçirdiyi ərazilər üçün...

Rəsmi Bakıdan Türkiyədəki terakta reaksiya

Bakıdan təhlükə yoxdur: özümüzə gəlirik - Sukiasyan

Paşinyan içəri girdi, heç kim qalxmadı...

AB "müşahidəçi"ləri Zəngilanda peyda oldu - Video

İlham Əliyev Milorad Dodiklə görüşdü

Əliyev Kazanda Minnixanovla görüşdü - Foto

Əliyev Kazana getdi, hərbi helikopterlər müşayiət etdi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla