Yuxarı

Ermənilər ölmüş əsgərlərini belə gizlədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər ölmüş əsgərlərini belə gizlədir

Döyüşdə iştirak etmiş erməni əsgərlərin valideynləri övladlarının sonrakı taleyindən hələ də xəbərsizdir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Mərkəz Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərlərə istinadən bildirir ki, Dağlıq Qarabağ ərazisinə girişin qadağan olunduğunu bildirən erməni valideynlər Ermənistan rəhbərliyini baş verən hadisələrin nəticələrini xalqdan gizlətməkdə günahlandırırlar.

Yazılan şərhlərdə itkin kimi göstərilmiş hərbçilərin, əslində, Əsgəranda bu kimi hadisələr üçün hazırlanmış xüsusi soyuducuda saxlandığı bildirilir.

"İtkin" əsgərlərdən birinin qohumu bir neçə gün əvvəl pul qarşılığında yaxınlarını götürmək üçün orada olarkən morqun meyitlə dolu olduğunu müşahidə edib.

Həmçinin şərhlərdə ermənilərin 1000-ə qədər itki verdiyi, Qarabağ ərazisindən həlak olanlar barədə heç bir xəbər verilmədiyi halda Ermənistan və Qarabağ separatçılarının Əsgəran və Xankəndində əyləncəli konsertlər təşkil edərək ölənlərə və yaxınlarına bu şəkildə "ehtiram" göstərdiklərini bildirirlər.

Qeyd edək ki, aprelin 5-dən etibarən atəşkəs elan olunmasına və Azərbaycan tərəfinin buna riayət etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi gizlətdiyi meyitləri Kəlbəcər, Laçın, Cəbrayıl istiqamətindən hissə-hissə üzə çıxararaq bu üsulla xalqın qəzəbindən qurtulmağa çalışır.

Tarix
2016.04.21 / 11:43
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla