Yuxarı

Mətbuat Şurası şikayətlərə baxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası şikayətlərə baxdı

Aprelin 21-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında beş kütləvi informasiya vasitəsi ilə bağlı məsələ araşdırılıb.

Axar.az Mətbuat Şurasına istinadən xəbər verir ki, öncə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının "Polemik.az" saytı barədə müraciətinə baxılıb. Komissiya saytdan şikayət doğuran yazıları araşdıraraq rəyə gəlib ki, Mətbuat Şurasının bu KİV barədə müvafiq ölçü götürməsi üçün ciddi əsaslar var. Komissiya bu sayta Azərbaycan Mətbuat Şurasının xəbərdarlığını edib. KİV-ə qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi, şikayət doğuran yazıların saytdan çıxarılması tövsiyə olunub. Baş redaktor Mətbuat Şurasının qərarının icrasına hazır olduğunu bildirib.

İclasda Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin "Nüanslar" qəzeti barədə şikayəti əsasında da rəy çıxarılıb. Mətbu orqanın rəhbərliyi bildirib ki, bu idarə barədə gedən yazıda balansın gözlənilməməsi bir sıra etik prinsiplərin pozulması ilə nəticələnib. Qəzet növbəti sayında bunları aradan qaldırmağa hazırdır.

Gəncə Musiqi Kollecinin "Patriot.az" saytı barədə müraciətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. KİV rəhbərliyi naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya narazılığa səbəb yazının "reket jurnalistika"ya xas tərzdə təqdim olunduğunu müəyyənləşdirib. Bu, eləcə də digər məqamlar əsas götürülərək məsələnin MŞ-nin reket jurnalistikaya qarşı mübarizə komissiyasında da araşdırılması zəruri hesab edilib. Sayt barədə yekun qərar bu komissiyanın təqdimatının müzakirəsindən sonra qəbul olunacaq.

"Azəri–Türk" Qadınlar Birliyinin "İdealpress.az" və "Expromt.az" saytları haqqında müraciəti müzakirə olunarkən komissiya üzvləri qənaətə gəliblər ki, məsələnin mahiyyətində inzibati orqanların araşdırmalı olduğu cəhətlər üstünlük təşkil edir. Buna görə də həmin materialların baxılmaq üçün müvafiq orqanlara göndərilməsi məqbul sayılıb.

Tarix
2016.04.21 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla