Yuxarı

Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir. Bu mövzu Fransa Prezidentinin ötən il Qazaxıstana səfər zamanı da müzakirə edilib. Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb.

Bildirilib ki, Fransanın EDF şirkəti Qazaxıstanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir:

“Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Qasım-Jomart Tokayevin mövqeyi belədir ki, atom elektrik stansiyasının tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. Bu, Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Misal üçün Rusiyanın “Rosatom” şirkəti də Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir. Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub. 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışır. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. Digər tərəfdən Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür.

Qasım-Jomart Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb. Tokayev həmin məqalədə iki ölkə arasındakı münasibətləri “strateji” adlandırıb. Tokayev məqalədə Orta dəhliz layihəsinin əhəmiyyətini vurğulayaraq, bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb.

Tokayev Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Qazaxıstan Prezidentinin məqalədə Orta dəhlizin əhəmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu məhz Orta dəhliz vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. Yəni Qazaxıstan uranı Orta dəhlizin tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir”.

Tarix
2024.11.06 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla