Yuxarı

Emal sənayesi üzrə qiymətlər artırılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emal sənayesi üzrə qiymətlər artırılıb

2014-cü ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşüb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, 2014-cü ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz bahalaşıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Tarix
2014.02.16 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla