Yuxarı

BVF rəhbəri Bakıdan paylaşım etdi: Bu füsunkar şəhər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BVF rəhbəri Bakıdan paylaşım etdi: Bu füsunkar şəhər...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) Sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən təəssüratlarını bölüşüb.

Axar.az xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında şəhərin heyrətləndirici memarlığını və mədəni zənginliyini qeyd edərək səmimi qonaqpərvərliyə və məhsuldar görüşlərə görə təşəkkürünü bildirib.

“COP29 çərçivəsində Bakının canlı mənzərələri və səslərindən zövq almaq üçün vaxt ayırdım. Möhtəşəm memarlıqdan zəngin mədəniyyətə qədər, bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır. Səfərim zamanı göstərilən səmimi qonaqpərvərliyə və ilhamlandırıcı ünsiyyətə görə minnətdaram!”, – o yazıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşmüşdü.

Tarix
2024.11.15 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla