Yuxarı

Başçı qızının dollar qonaqlığından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı qızının dollar qonaqlığından danışdı

Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib.

Bu sözləri Axar.az-a Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov qızı barədə yayılan məlumata münasibət bildirərkən deyib.

Başçının sözlərinə görə, mediada yayılan bu xəbərə görə Prezident Administrasiyasına da məlumat verib:

"Bu barədə Prezident Administrasiyasına da məlumat vermişəm. Qızımın heç xarici pasportu belə yoxdur. Gəncə Dövlət Universitetində oxuyub, ailə qurub, hazırda da Gəncə şəhərində yaşayır. Evdar qadındır, 3 uşaq anasıdır. Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib.

O xəbəri yayanlar hansı əsasla mənə və ailəmə qarşı böhtan atırlar?

Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürəm".

Xatırladaq ki, modern.az ABŞ-da yaşayan icra başçılarından birinin (adı qeyd olunmayıb) qızının ziyafət verməsi ilə bağlı məlumat yayıb. Xəbərə görə, təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara ABŞ-da dollar qonaqlığı verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əsginazlar düzülüb.

Bəzi saytlar isə bu xanımın Kəlbəcər rayon icra başçısı Aqil Məmmədovun qızı olması barədə informasıya yayıb.

Tarix
2016.04.25 / 12:51
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla