Yuxarı

İrəvan mənliyi olmayan insana dönür - Muradyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan mənliyi olmayan insana dönür - Muradyan

Ermənilərə müstəqillik lazım deyil.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Lragir.am" saytının şərhçisi İqor Muradyan yazıb.

O, Ermənistanın NATO ilə əməkdaşlığa üz tutacağı təqdirdə Rusiyanın vassallığından qurtulması yolunda önəmli addım atmış olacağını bildirib:

"Hazırda Ermənistan NATO-ya inteqrasiya üçün əlamətdar qərarla üzləşib. Bu, müstəqillik yolunda önəmli faktor olacaq. NATO-nun Varşava sammiti üçün Ermənistanın müstəqilliyi ilə bağlı önəmli sənəd hazırlanıb. Aprelin 22-də NATO-nun mənzil-qərargahında NATO-Ermənistan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində görüş keçirilib. Əgər Ermənistan NATO-nun yeni proqramında iştirak etmək istəməsə, milliyyəti olmayan insana dönəcək. Bu isə mənliyə və suverenlik arzusuna zərər verəcək. Ermənistanın siyasi arenasında qabaqcıl insanlar çoxdur, lakin onlar işlərini Rusiya ilə qururlar və gələcəklərini zəifləyən Rusiya ilə bağlayırlar. Lakin bu gələcək olmayacaq. Ermənistan bu qərarı verəcəkmi? Ermənistanın 2013-cü ildə Avropa İttifaqı ilə danışıqları uğursuz oldu. Daha sonra isə Ermənistan bataqlığa, Avrasiya Birliyinə qoşuldu. Lakin indi Ermənistan Avropa İttifaqına inteqrasiyadan qorxur. Çünki Rusiyanın ekspansiya siyasətinin hədəfi ola bilər. Bir neçə gün öncə İrəvandakı Rusiya səfirliyi önündə anti-Rusiya xarakterli mitinqlər keçirildi. İrəvanda bəziləri bu aksiyanı hökumətin keçirdiyini bildirdi. Aksiyada qrant yeyənlər Rusiyanın itirilməsinin Ermənistan üçün fəlakət olacağını deyirdilər. Bu tip insanlar İrəvanda çoxdur. Bu cəmiyyət müstəqilliyə hazırdırmı? Xalq arasında hazır olmayan və müstəqilliyi istəməyənlər var. Onlar biznes, mədəniyyət, hərbi sahələrdə uğur qazana bilirlər, lakin siyasi sferada nəyəsə nail olmağı bacarmırlar. Əgər Ermənistan Rusiyanın vassalıdırsa, hansı müstəqillikdən danışırsınız?"

Tarix
2016.04.25 / 13:46
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla